:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər edib

Font

9 aprel tarixində xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər ediblər. Qeyd olunan səfərdə Azərbaycandakı diplomatik nümayəndəliklərin 60-a yaxın rəhbəri iştirak edirlər.

Səfərin məqsədi Şamaxı rayonunun sosial iqtisadi inkişafı, rayonda aparılan abadlıq-quruculuq işləri, o cümlədən turizm infrastrukturu ilə yaxından tanış olmaqdır.

Xarici diplomatların səfəri çərçivəsində Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı ilə görüşün keçirilməsi, Şamaxı rayonu üzrə tanışlıq turu, Kələxana türbələri, Cümə məscidinə ziyarət, zəlzələdən zərər çəkmiş vətəndaşlar ilə görüş və Meysəri şərab zavodu üzrə tanışlıq nəzərdə tutulub.

Qeyd edək ki,səfər Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Xarici İşlər Nazirliyi və Həydər Əliyev Mərkəzinin birgə təşkilatçılığıilə həyata keçirilir.