:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanda istirahət mərkəzində yanğın olub

Font

Gecə saatlarında Xaçmaz rayonu ərazisində yanğın baş verib.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun İstisu qəsəbəsi ərazisində, 1961-ci il təvəllüdlü Fizru Teyyub Nəsib oğluna məxsus istirahət mərkəzinin ərazisində qeydə alınıb.

Yanğın zamanı orada yerləşən ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli 6 otaqlı tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 kvadratmetr sahədə və içərisində olan əşyalar 50 kvadratmetr sahədə yanıb. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb, xəsarət alan yoxdur.
Yanğının səbəbləri araşdırılır.