:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

XİN-in həbs edilən əməkdaşları məhkəmə zalından azadlığa buraxılıb

Font

"Vəkillər öz çıxışlarında qərara bəraət qazandırılmasını tələb ediblər. Bu bizim üçün hələ son deyil. Biz hesab edirik ki, onların heç biri müqəssir deyil. 

Bu ittiham keçmiş MTN-in istintaq xidməti tərəfindən saxtalaşdırılmış bir iş idi. İstintaq zamanı zərərçəkənlər dindirilib, halbuki onlar istintaq orqanları tərəfindən qanuni olaraq zərərçəkmiş hesab edilməmişdilər. Onların zərərçəkən kimi tanınması üçün Cinayət Məcəlləsində müddəa yoxdur. Bu isə onu deməyə əsas verir ki, onların heç biri faktiki olaraq zərər çəkməyib. Lakin ittiham aktında onlar zərərçəkmiş kimi təqdim olunub. Dubaydan gələn iki ərəb faktiki olaraq zərərçəkmiş hesab olunmur".

Bunu "Report"a açıqlamasında XİN-in həbs edilən əməkdaşlarının məhkəmə zalından azadlığa buraxılmasına münasibət bildirən vəkil Kamandar Nəsibov deyib.