:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycan Rusiyadan 9 min tondan çox düyü idxal edib

Font

Azərbaycan 2018-ci il ərzində Rusiyadan 9,1 min ton düyü məhsulu idxal edib.

Bu, Rusiyanın ötənilki ümumi düyü ixracının 6,1 faizini təşkil edib.

Məlumata görə, Rusiya ötən il 150,2 min ton düyü ixrac edib ki, bu da, 2017-ci ilin göstəricisindən 18,2 fazi və ya 33,3 min ton azdır. Rusiya 2018-ci ildə düyü ixracından 68,7 milyon dollar qazanc əldə edib.

Azərbaycan bu ilin yanvar-fevral aylarında Qazaxıstandan 155,7 min ton buğda idxal edib.

Idxal olunan məhsulun dəyəri 28,9 milyon dollar təşkil edib.

Qazaxıstan cari ilin yanvar-fevral aylarında ümumilikdə 1,2 milon ton buğda və çovdar ixrac edib. İxraca gedən məhsulun ümumi dəyəri 213,8 mln. dollara bərabər olub.