:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Proqnozlar Bürosu: Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonuna kimi davam edəcək

Font

"Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bu ayın ikinci ongünlüyün sonuna kimi davam edəcək”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, bu müddət ərzində şimşək çaxacaq, fasilələrlə yağış yağacaq: "Bəzi yerlərdə isə intensiv xarakterli olacağı gözlənilir. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək”.