:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycan Prezidenti: Ümid edirəm ki, Paris Notr-Dam Kilsəsi qısa müddətdə bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq

Font

Ümid edirəm ki, Paris Notr-Dam Kilsəsi qısa müddətdə bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Twitter" səhifəsində qeyd edib.

Dövlətimizin başçısı bildirib: "Fransanın və dünyanın mədəni irs incilərindən biri olan Paris Notr-Dam Kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim.

Ümid edirəm ki, abidə qısa müddət ərzində bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq".