:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ötən il Azərbaycanın səfirlik və konsulluqlarının istifadə etmədiyi 0,5 mln. manat vəsait büdcəyə qaytarılıb

Font

2018-ci ildə Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumata görə aparılmış konsul əməliyyatlarına görə az göstərilmiş 12,3 min manat məbləğində dövlət rüsumu üzrə dəqiqləşdirilmiş hesabat təqdim olunub, səfirlik və konsulluqlar üzrə valyuta növündən asılı olaraq ilin sonuna istifadə edilməyən və onların bank hesablarında qalan 42,6 min avro, 214,7 min dollar, 27,4 min İsveç frankı məbləğində vəsaitin dövlət büdcəsinə qaytarılması təmin olunub.

Bu barədə Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabatında bildirilir.

Hesabata görə, təhtəlhesab şəxslərlə hesablaşmalar üzrə 7,6 min avro, 19,4 min dollar, müxtəlif debitor hesablaşmalar üzrə 34,2 min avro, 37,6 min dollar məbləğində debitor borc dövlət büdcəsinə bərpa edilib.

Həmçinin təhtəlhesab şəxslər üzrə 10,1 min avro, 4,9 min dollar, 18,1 min İsveç frankı, debitor və kreditor hesablaşmalar üzrə isə 128,9 min avro, 547,6 min dollar, 30,8 min funt sterlinq, 6,8 min İsveç frankı məbləğində debitor borclar silinib.