:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Matviyenko: "AŞPA böhran vəziyyətindədir"

Font

Rusiya AŞPA-da nümayəndə heyəti yaratmaq çağırışlarını alqışlayır.

Bu barədə Bakıda səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko jurnalistlərə deyib.

"Avropa Şurası, AŞPA rəhbərliyindən, sağlam düşüncəli siyasətçilərdən müsbət siqnallar gəlir. Onlar AŞPA-nın böhran vəziyyətində olduğunu, bunun bütövlüklə Avropa Şurasına da sirayət edəcəyini başa düşürlər. Biz də bunları alqışlayır və dialoqun davamına hazırıq”, - V.Matviyenko vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl AŞPA Rusiyanı bu qurumda nümayəndə heyəti yaratmağa, habelə Avropa Şurasına üzvlük haqqı ödəməyə çağırıb.