:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Dövlət Gömrük Komitəsinin həbsdə olan əməkdaşı azadlığa buraxılıb

Font

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilən Mehman Novruzovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Novruzova şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, prokuror çıxışında M.Novruzovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, M.Novruzov Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin "Yalama” Gömrük postunun böyük inspektoru vəzifəsində çalışan zaman cinayət törədib. Cinayət materiallarına əsasən, o, dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə qeyri-qanuni yolla Azərbaycana idxal edib. O, Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham edilirdi.