:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Pakistanda terror aktı törədilib, 16 nəfər ölüb, 30 nəfər yaralanıb

Font

Pakistanın Kvett şəhərində törədilən terror aktı nəticəsində 16 nəfər ölüb, 30 nəfər yaralanıb.

TASS xəbər verir ki, səhər saatlarında Kvettdə bazarda əldəqayırma partlayıcı qurğu partladılıb.

Hadisənin baş verdiyi ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Hadisənin səbəbi araşdırılır.