:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakı-Sumqayıt yolunda "QAZel" və "Mitsubishi" toqquşub

Font

Bakı-Sumqayıt yolunda qəza baş verib.

Hadisə Bakı-Quba yolunun 35-ci km-də qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan "10-JP-968" dövlət nömrə nişanlı "QAZel" markalı yük avtomobili Sumqayıt şəhərindən çıxan "90-XE-714" dövlət nömrə nişanlı "Mitsubishi Pajero iO" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "Mitshubishi Pajero iO" markalı avtomobil çevrilərək yolu bağlayıb.

Ciddi xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, yolda avtomobillərin hərəkətini tənzimləməyə çalışırlar.

Faktla bağlı araşdırma aparılır.