:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Avropa Liqasının 1/4 final mərhələsi: "Arsenal" "Napoli"ni, "Çelsi" "Slaviya"nı məğlub edib - FOTO - VİDEO

Font

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarıkeçirilib.

Qarşılaşmaların yarısında meydan sahibləri, yarısında qonaqlar qalib gəlib.

İngiltərə təmsilçilərindən "Arsenal" Londonda İtaliya "Napoli"si üzərində inamlı qələbə qazanıb. Hər iki qol ilk yarıya təsadüf edib.Aaron Remzi 15-ci dəqiqədə hesabı açıb. 25-ci dəqiqədə isə "topçular" qonaq komandanın futbolçusu Kalidu Kulibalinin topu öz qapısına göndərməsinə seviniblər.

"Çelsi"isə Çexiyada "Slaviya"nı Markos Alonsonun 86-cı dəqiqədə vurduğu qolla məğlub edib.

İspaniya təmsilçiləri "Vilyarreal" və "Valensiya" arasındakı qarşılaşmada da qonaqlar qalib gəliblər. "Valensiya" son 2 qolunu uzatma dəqiqələrində vurub. "Yarasalar" 6-cı dəqiqədə penaltini dəqiq yerinə yetirməsələr də, Qonsalo Quedeş təkrar zərbə ilə hesabı açıb. 36-cı dəqiqədə meydan sahiblərindən Santi Kasorla penaltidən dəqiq yararlanıb. "Valensiya"dan 90+1-ci dəqiqədə Daniel Vass fərqlənib. 90+3-cü dəqiqədə isə Quedeş "dubl" edərək, oyunda son nöqtəni qoyub.

"Benfika" isə Portuqaliyada Almaniya" Ayntraxt"ını məğlubiyyətə uğradıb.Meydan sahiblərindən Joao Feliks, 21-ci dəqiqədə penaltidən olmaqla, 43 və 54-cü dəqiqələrdə də fərqlənərək, "het-trik" edib.20 yaşlı yarımmüdafiəçi ən gənc "het-trik" müəllifi kimi Avroliqa tarixinə düşüb.

Daha bir qolu 50-ci dəqiqədə Ruben Dias vurub. Qonaq komandadan isə Luka Yoviç 40-cı, Qonsalo Pasyensia 72-ci dəqiqədə qol vurub. "Antraxt" 20-ci dəqiqədə Evan N Dikkanın qırmızı vərəqə alması səbəbindən oyunun böyük bölümünü azlıqda keçirib.

Beləliklə, ilk görüşlərdən sonra yarımfinala vəsiqələrin taleyinə böyük ölçüdə aydınlıq gəlib. Cavab oyunları aprelin 18-də keçiriləcək. Final matçı isə mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.