:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Baş nazirin sözçüsü: "Biz Azərbaycanla Ermənistan arasında fikir ayrılıqlarının aradan qalxacağına ümid edirik"

Font

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən görüş məhsuldar oldu".

Bunu "Report"un Qərbi Avropa bürosunun sualına cavabında Ermənistan baş nazirinin sözçüsü Vladimir Karapetyan bildirib. 

"Bundan əvvəl iki ölkənin xarici işlər nazirləri səviyyəsində bir sıra razılıqlar əldə olunmuşdu. Ancaq liderlərin görüşündə bir sıra məqamlarla bağlı fikir ayrılıqları hələ də qaldı. Bu məqamların da həll olunacağına və sülh prosesini davam etdirəcəyimizə ümid edirik. Biz xalqımızı sülhə hazırlayırıq. Əgər baş nazir parlamentə müraciət edirsə və sülhün yaranmasının vacibliyini vurğulayırsa, bu o deməkdir ki, sülh istəyirik. Baş nazirin istəyi odur ki, erməni xalqı Azərbaycan xalqına birbaşa müraciət etsin", - o qeyd edib.