:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiya Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfər edəcək

Font

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko 11 apreldə Azərbaycana iki günlük rəsmi səfər edəcək.

TASS-a istinadən məlumat veriri ki, Valentina Matviyenko səfər çərçivəsində ölkə rəhbərliyi və parlament üzvləri ilə görüşlər keçirəcək.

Bildirilir ki, Milli Məclisinin sədri Oqtay Əsədovla keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini, əsasda parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə edəcəklər.

Matvienkonun sözlərinə görə, Azərbaycan-Rusiya əlaqələri möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır.