:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın söndürülüb -YENİLƏNİB

Font

Bakıda məcbiri köçkünlərin məskunlaşdığı binada baş verən yanğın söndürülüb.

ONA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində binanın damında meydana gələn yanğın söndürülüb.

***

Bakıda məcburi köçkünlərin yaşadığı yataqxanada baş verən yanğınla bağlı iki təcili yardım briqadası göndərilib.

Bu barədəONA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hələləlik zərərçəkənlər barədə məlumat yoxdur.

***

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın başlayıb.

ONA-nın məlumatına görə, hadisə paytaxtın Babək prospektində yerləşən yataqxana binasında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürələri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.