:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Avropa Şurasının Baş katibi: "Rusiya olmadan Avropa silkələnəcək"

Font

"Rusiyanın Avropa Şurasından çıxması və "Brexit" prosesi qoca qitəni silkələyəcək".

RİA "Novosti" xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Torbyorn Yaqland bəyan edib.

Onun sözlərinə görə, qurum Rusiyanı icbari məhkəmə qaydasında Avropa ilə əlaqələndirən yeganə platformadır: "Əgər rəsmi Moskva Avropa Şurasından çıxsa, biz tamamilə birbaşa Rusiya ilə qarşılaşacağıq. Belə olan halda Rusiya ilə aramızda bizi fərqləndirən yeni cəhət yaranmış olacaq".

Baş katib onu da qeyd edib ki, vəziyyətdən çıxmağın yeganə yolu Avropa Şurası Parlament Assambleyasındakı səs hüququnu Rusiyaya qaytarmaqdan ibarətdir.