:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bu gün Bakıda konsert və möhtəşəm atəşfəşanlıq təşkil olunacaq

Font

Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi ilə əlaqədar bir sıra tədbirlər nəzərdə tutulub.

Bakının bütün rayonlarında bu gün ağacəkmə aksiyası, 17:00-da isə Bakı bulvarında konsert keçiriləcək.

Bundan başqa, 18:00-da Xəzər rayonunda Heydər Əliyev Mərkəzində fleşmob keçiriləcək.

Saat 21:00-da Dənizkənarı bulvarda möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.