:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycan- İran- Rusiya zirvə görüşü bu il avqust ayında keçiriləcək

Font

Avqustun 14-də Azərbaycan, İran və Rusiya dövlət başçılarının görüşü keçiriləcək.

Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib.

"Rəsmi nota alsaq da, biz tərəfdən rəsmi cavab verilib-verilmədiyini hələ bilmirəm. Bunu yoxlamaq üçün Bakıya qayıtmalıyam”, - deyən nazir Rusiya tərəfinin qarşıdakı sammiti hansı şəhərdə keçirilməsini dəqiqləşdirəcəyini də qeyd edib.

"Azərbaycanla Rusiya arasında həmişə strateji tərəfdaşlıq münasibətləri olub”.

Bunu iki ölkə arasındakı münasibətlərin inkişafı barədə fikir bildirən xarici işlər naziri Elmar Məmmədyarov deyib.

"Rusiya bizim böyük qonşumuzdur. İqtisadi nöqteyi-nəzərdən baxanda, bu ölkə nəhəng bazardır. Qarşılıqlı anlaşmaya gəlincə, dil problemimiz yoxdur. Rus dili bizdə millətlərarası ünsiyyət dilidir. Məncə, Rusiya ilə normal, qarşılıqlı faydalı münasibətlərin qurulması Azərbaycan üçün öncül məsələdir”, - nazir vurğulayıb.