:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Elmar Məmmədyarov və Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Font

Bu gün Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın xarici illər naziri Sergey Lavrov ilə ikitərəfli görüş keçirib.

Nazirlikdən verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Rusiya arasında siyasi dialoqun və çoxşaxəli əməkdaşlığın yüksək səviyyədə olduğundan məmnunluq ifadə edilib və qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.

Nazirlər Dağlıq Qarabağ münaqişəsinin təmzimlənməsi məsələsini geniş müzakirə ediblər.