:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Penitensiar Xidmət: 2 saylı cəzaçəkmə müəssisəsində münaqişə yaradan 3 nəfər cərimə təcridxanasına keçirilib

Font

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 2 saylı cəzaçəkmə müəssisəsində baş vermiş hadisə ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Trend-ə açıqlamasında bildirib ki, hadisə mart ayının əvvəlində baş verib: "2 saylı cəzaçəkmə müəssisəsində 6 nəfər yox, 3 nəfər məhkum arasında münaqişə baş verib. Həmin şəxslər müəssisə rəhbərinin qərarı ilə cərimə təcridxanasına keçirilib. Hadisə nəticəsində xəsarət alanların olması və xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar yalandır".