:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ vitse-prezidenti ölkəsinin Rusiya ilə dialoqa hazır olduğunu bildirib

Font

Vaşinqton əvvəlki kimi Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında razılaşmanın taleyi haqqında dialoqa hazırdır.

"RİA Novosti" verdiyi məlumata görə, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.

M.Pens deyib: "Amerika Rusiya ilə dialoq üçün açıqdır və ümid edir ki, onlar orta və kiçik mənzilli raketlərin ləğvi haqqında razılaşmaya tam riayət olunmasına yol tapa biləcək".

Vitse-prezident əlavə edib ki, Rusiya razılaşmanın şərtlərini pozan raketi məhv etmək istəmir: "bizim razılaşmadan çıxmamız barədə 6 ay əvvəldən yazılı şəkildə xəbərdarlıq etməkdən başqa yolumuz yox idi".

Xatırladaq ki, oktyabrın 20-si ABŞ prezidenti Donald Tramp Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında razılaşmadan çıxacağını bildirmişdi. Onun sözlərinə görə, ABŞ-ın bu razılaşmadan çıxmasına səbəb Rusiyanın müqavilənin şərtlərini pozmasıdır.

Qeyd edək ki, orta və kiçik mənzilli raketlərin ləğvi haqqında razılaşma 1987-ci ilin 8 dekabrında Mixail Qorbaçovun Vaşinqtona səfəri zamanı imzalanıb.