:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

BŞİH Milli Şuranın və Müsavat Partiyasının mitinqlə bağlı müraciətlərinə cavab verib

Font

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.

BŞİH-də müraciətə baxılıb və Milli Şuranın aprelin 6-sı saat 15:00-dan 17:00-dək İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.

Bu barədə mitinq təşkilatçıları məlumatlandırılıb.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının da  mitinqlə bağlı müraciətini də cavablandırıb.

BŞİH-də müraciətə baxılıb və Müsavat Partiyasının aprelin 7-də, saat 15:00-da İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.

Bu barədə mitinq təşkilatçıları məlumatlandırılıb.