:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Avropa Komissiyası Azərbaycan qazının Bolqarıstana nəqli layihəsi üçün 33 mln. avro vəsaiti təsdiqləyib

Font

Avropa Komissiyası Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Bolqarıstan-Yunanıstan İnterkonnektorunun (Interconnector Greece-Bulgaria-IGB) tikintisi layihəsinə 33 mln. avro vəsait ayrılmasını təsdiqləyib.

Bu barədə Komissiyanın rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, Aİ-nin 33 mln. avro vəsaiti Komotini (Yunanıstan) və Stara Zagora (Bolqarıstan) arasında 182 km-lik qaz interkonnektorunun tikintisinə yönəldiləcək.

"Avropa İttifaqının məqsədlərinə qatqı verən boru kəməri İttifaqın Ümumi Maraq Layihəsinə (PCI - Project of Common Interest) daxildir. Regionun enerji mənbələrini şaxələndirməklə və enerji təhlükəsizliyini artımaqla, iki ölkənin qaz sistemləri ilk dəfə birləşdiriləcək, bazarda rəqabət yaranacaq və istehlakçılar daha ucuz qaz ala biləcəklər”,- məlumatda qeyd edilib.

Qeyd edək ki, IGB Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” qaz-kondensat yatağının II fazası çərçivəsində hasil edilən və Cənub Qaz Dəhlizi vasitəsilə nəql olunacaq təbii qazın Bolqarıstana ixracı üçün nəzərdə tutulub. İnterkonnektor Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq. Bolqarıstan IGB vasitəsilə ildə 1 mlrd. kubmetr Azərbaycan qazı alacaq. Belə ki, Bolqarıstanın dövlət qaz şirkəti "Bulgargaz EAD” "Şahdəniz” yatağının II fazasının işlənməsi çərçivəsində ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı "Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı Bolqarıstanın qaz istehlakının, təxminən, 25-30%-ni qarşılayacaq. IGB-nin inşasınıın 2020-ci ilin ikinci yarısında yekunlaşması nəzərdə tutulur. İnterkonnektorun ümumi investisiya dəyəri 220 mln. avrodur.