:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ramzan Kadırov: Bakıda Çeçenistanın nümayəndəliyi açılacaq

Font

Bakı və Qroznı Çeçenistanın Azərbaycanda nümayəndəliyinin açılması barədə razılıq əldə edib.

Bunu Çeçenistan rəhbəri Ramzan Kadırov "VKontakte”dəki səhifəsində yazıb.

O qeyd edib ki, Çeçenistan rəhbərinin müşaviri, Dövlət Dumasının deputatı Adəm Delimxanov Azərbaycana işgüzar səfər edib:

"Azərbaycan Prezidenti İlham Əliyev A.Delimxanovu qəbul edib. Görüş zamanı Çeçenistanın Azərbaycanda nümayəndəliyinin açılması barədə razılıq əldə olunub”.

R.Kadırov əlavə edib ki, Çeçenistanla Azərbaycan arasında münasibətlər zəngin ənənələrə malikdir və bunun əsasını ulu öndər Heydər Əliyev və Çeçenistanın birinci prezident Əhməd-Hacı Kadırov qoyub.