:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Dünyanın ən yaxşı aviaşirkətlərinin reytinqi açıqlanıb

Font

Sinqapurun "Singapore Airlines" aviaşirkəti dünyanın ən yaxşı aviaşirkətlər reytinqinə başçılıq edir.

Reytinq "TripAdvisor" aqreqatı tərəfindən istifadəçilərin qiymətləri əsasında tərtib olunub.

Reytinqdə ikinci və üçüncü yeri Qətərin "Qatar Airways" və Tayvanın "EVA Air" şirkətləri tutub.

İlk onluğa həmçinin ABŞ-ın "Southwest Airlines", Braziliyanın "Azul", Yeni Zelandiyanın "Air New Zealand", Böyük Britaniyanın "Jet2.com" loukosteri və Yaponiyanın "All Nippon Airways" (ANA) şirkəti də daxil olub.

Bundan başqa, sərnişinlər ən yaxşı birinci sinif salonuna görə "Emirates" aviaşirkətini, ən yaxşı biznes sinfi salonuna görə "Qatar Airways"i, ən yaxşı premium-ekonom və ekonom siniflərinə görə isə "Air New Zealand" və "Singapore Airlines" şirkətlərini fərqləndiriblər.