:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Pay və həyətyanı torpaqlardan əldə edilən gəlirlərin hesablanması qaydasının dəyişdirilməsi təklif olunub

Font

Hesablama Palatası pay və həyətyanı torpaq sahələrindən, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlirlərin hesablanması zamanı onların real gəlirlə uyğunlaşdırılması üçün tədbirlərin görülməsini təklif edib.

Palata bununla bağlı təkliflərini artıq Nazirlər Kabinetinə təqdim edib.

Palata hesab edir ki, torpaq payından əldə edilən gəlirlər Nazirlər Kabinetinin təsdiqlədiyi "Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə"yə uyğun olaraq hesablanır. Bu əsasnamənin müddəalarından irəli gələrək həmin gəlirlər yalnız torpağın normativ qiyməti əsasında müəyyən edilir.

Həmin torpaqlardan faktiki istifadə olunaraq əldə edilən gəlir isə araşdırılmır. Gəlirlərin torpağın qiymətinə müvafiq hesablanması isə dəqiq nəticələr verə bilməz. Belə ki, kənd təsərrfatı məhsullarının da qiymətinin dəyişdiyi hazırkı şəraitdə aşağı münbitlik səviyyəsinə malik torpaqlardan əldə olunan faktiki gəlir normativ qiymətə müvafiq hesablanmış gəlirdən xeyli aşağıdır. Yüksək münbitlik səviyyəsinə malik olan torpaqlarda isə əksinə, faktiki gəlir xeyli yüksəkdir.

Palata həyətyanı torpaq sahələri üzrə gəlirlərin ən yüksək keyfiyyət qrupu üzrə normativ qiymətlərə uyğun hesablanması ilə bağlı tədbirlərin görülməsini məqsədəuyğun sayır.