:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

XİN: Təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistanın üzərindədir

Font

Ermənistan rəhbərliyinin son bəyanatları və hərəkətləri, o cümlədən işğalçı ölkənin müdafiə nazirinin "yeni ərazilər tutmaq üçün yeni müharibə” formulasını təqdim etməsi tamamilə qəbuledilməzdir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin şərhində deyilir.

Azərbaycan XİN hesab edir ki, bu kimi addımlar iki ölkə rəhbərləri səviyyəsində baş tutmuş Vyana görüşü və onun nəticəsində qəbul edilmiş birgə bəyanata uyğun gəlmir.

"Təkrar edirik ki, bu kimi təxribatlar uzun illər ərzində aparılan danışıqlar prosesini və ATƏT-in Minsk Qrupunu həmsədrlərin fəaliyyətini ciddi sual altına qoyur.

Vurğulamaq istərdik ki, belə təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərindədir".