:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Sosial müavinət müəyyən edilərkən ögey uşaqların da nəzərə alınması təklif olunub

Font

Hesablama Palatası çoxuşaqlı anaların yaşa görə sosial müavinət hüququ müəyyən edilərkən onların 8 yaşınadək tərbiyə etdikləri ögey oğul və qızlarının nəzərə alınmasını da təklif edib.

Hesablama Palatası bununla bağlı təkliflərini artıq Nazirlər Kabinetinə təqdim edib.

Hesablama Palatası bununla əlaqədar "Sosial müavinətlər haqqında” qanuna müvafiq dəyişikliklərin olunmasını təklif edib.

Təkliflə bağlı Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələrin edilməsi və "Sosial müavinətlər haqqında” qanuna dəyişiklik edilməsi üçün layihələr hazırlanıb. Hazırda layihələr razılaşdırma mərhələsindədirlər.