:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Biləsuvarda 30 yaşlı kişi evinin qarşısında bıçaqlandı

Font

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Təyyarə meydanı adlanan ərazisində baş verib.

Həmin ərazidə yaşayan, 1989-cu il təvəllüdlü Məmmədov Əbil Əlizadə oğlu küçədə bıçaq xəsarətləri ilə aşkarlanaraq xəstəxanaya yerləşdirilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Cəlilabad rayonunun Üçtəpə kənd sakini, 1989-cu il təvəllüdlü Kərimov Seymur Yarməmməd oğlu Ə.Məmmədovun yaşadığı məhəlləyə gələrək ona şəxsi münasibətlər zəminində 2 bıçaq zərbəsi vurub və hadisə yerini tərk edib.

Faktla bağlı Biləsuvar rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə cinayət işi başlanıb, hadisəni törədən S.Kərimov şübhəli şəxs qismində tutulub.