:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

MSK: Zelenski Ukraynada prezident seçkilərinin nəticələrinə görə liderdir - YENİLƏNİB

Font

Ukraynada keçirilmiş prezident seçkilərində protokolların 40,21 faizinin hesablanıb.
Bu barədə Ukraynanın Mərkəzi Seçki Komissiyasının saytı xəbər verir.

Bildirilir ki, son məlumata prezidentliyə namizəd Vladimir Zelenski qalibdir. O, seçicilərin 30,23 faizinin səslərini toplayıb. V.Zelenskinin əsas rəqibi Petr Poroşenko isə hazırkı nəticələrə görə seçkilərdə 16,65 səs toplayıb.

Protokolların son nəticələrinə əsasən Yuliya Timoşenko siyahıda 13,14 səslə üçüncü yerdədir.

Qeyd edək ki, prezident seçkilərində keçirilən "exit poll"un nəticələri də Vladimir Zelenskinin qalib olduğunu göstərmişdi.


****

Şoumen Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində liderlik edir.

Trend-in məlumatına görə, protokolların 35,47 faizinin hesablanmasından sonra Zelenski seçicilərin 30,22% səsini toplayıb.

Onun izləyicisi hazırki prezident Petro Poroşenko 16,69% faiz səs toplayıb. "Batkivşina” partiyasının lideri Yuliya Timoşenko isə 13,14% səslə üçüncüdür.

Ölkə prezidenti postuna 39 namizəd iddia edir.

Qeyd edək ki, Ukrayna prezidentinin səlahiyyət müddəti beş ildir. MSK aprelin 10-a qədər seçkilərin nəticələrini açıqlamalıdır. Namizədlərdən hər hansı biri birinci turda səslərin yarısından çoxunu yığa bilməsə, aprelin 21-i ikinci tur keçiriləcək.