:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 22 nəfər ölüb

Font

Əfqanıstanın Qəzni şəhərində "Taliban” silahlıları polis məntəqəsini minaatanlardan atəşə tutub.

Yenizaman.az "Pajhwok" nəşrinə istinadən xəbər verir ki, minaatanlardan biri məktəbə düşüb. Nəticədə dörd şagird dünyasını dəyişib. Ümumilikdə isə silahlı hücum nəticəsində 17 nəfər yaralanıb, 13 nəfər ölüb. Yaralanan 6 polis ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.