:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tereza Mey "Brexit" üzrə daha bir səsvermə keçirilməsini planlaşdırır

Font

Böyük Britaniyanın Baş naziri Tereza Mey "Brexit" üzrə dördüncü səsvermə keçirmək niyyətindədir.

Bu barədə "The Telegraph" qəzeti yazıb.

Səsvermənin gələn həftə keçiriləcəyi gözlənilir.

Məqalədə bildirilir ki, İcmalar Palatasının deputatları Avropa İttifaqından çıxış üzrə razılaşmanı yenidən rədd edərlərsə, T.Mey "dalana dirənmiş" vəziyyətdən çıxış yolu tapmağa yardım edəcək növbədənkənar ümumi parlament seçkilərinin keçirilməsini təşkil edə bilər.

Qeyd edək ki, daha əvvəl T.Mey "Brexit" üzrə sazişin təsdiqlənməsindən sonra istefa verməyə hazır olduğunu açıqlayıb.