:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Millət vəkili: Mediasiya Şurasının yaradılması məhkəmələrin işini yüngülləşdirəcək

Font

Mətbuat Şurasının fəaliyyəti media ilə bağlı məhkəmə proseslərinin sayının ciddi şəkildə azalmasına səbəb olub.

Bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən iclasında "Mediasiya haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

Millət vəkili Mediasiya Şurasının ilkin mərhələdə dövlət büdcəsindən də maliyyələşdirilməsini təklif edib: "Mətbuat Şurası mətbuatla bağlı məsələlərə baxır. Məhz bunun nəticəsində mətbuatla bağıl məhkəmələrə gedən işlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Ailə münasibətlərindən irəli gələn bir sıra məsələlərin də məhkəmələr deyil, yaradılan şura çərçivəsində həlli müsbət addım olacaq. Mediasiya Şurasının yaradılması məhkəmələrin işini yüngülləşdirəcək. Mən Mətbuat Şurasının təcrübəsindən çıxış edərək bildirmək istəyirəm ki, mediasiya şurası ilə bağlı dövlət büdcəsindən vəsait ayrılmasa, bu institutun fəaliyyətində çətinlik yaranacaq”.