:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İlham Əliyev Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin şəxsi heyətini təbrik edib

Font

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin şəxsi heyətinə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin əməkdaşları və veteranları!

Sizi Azərbaycanda təhlükəsizlik və kəşfiyyat orqanlarının yaradılmasının 100 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin kəşfiyyat və əks-kəşfiyyat qurumu kimi fəaliyyətə başlamış xüsusi xidmət orqanlarımız mürəkkəb inkişaf yolu keçmişlər.

Sovet İttifaqı dövründə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin təhlükəsizlik orqanlarının xalqımızın maraqlarına xidmət göstərməsini təmin etmiş və peşəkar milli kadrların yetişməsinə əvəzsiz töhfə vermişdir.

1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan çox ciddi təhlükələrlə – ilk növbədə, Ermənistanın təcavüzü ilə, habelə terrorçuluq, separatçılıq, dərin siyasi və sosial-iqtisadi böhranla üzləşmişdir. Dövlətçiliyimizin təhlükə altında olduğu belə bir vəziyyətdə Azərbaycan xalqı müdrik qərar qəbul edərək, ölkəyə rəhbərliyi ümummilli lider Heydər Əliyevə etibar etdi.

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev ölkəmizi parçalanmaq və müstəqilliyini yenidən itirmək təhlükəsindən qurtardı, ictimai-siyasi sabitliyi təmin etdi. Məhz Ümummilli Liderin səyləri nəticəsində zəngin dövlətçilik ənənələrimiz bərpa olundu, dünyəvi, demokratik və hüquqi dövlətin təməli qoyuldu, ölkəmiz dünya arenasında bərabərhüquqlu etibarlı tərəfdaş kimi tanındı.

Bu dövrdə Ulu Öndər Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsinin başlıca istiqamətlərini müəyyən etdi, dövləti xarici və daxili təhdidlərdən qorumağa qadir olan xüsusi xidmət orqanları sistemini formalaşdırdı.

Xüsusi xidmət orqanlarının müasir dövrün çağırışlarına uyğun inkişafını təmin etmək və fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə 2015-ci ildə mühüm islahatlar aparılmış, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri yaradılmışdır. Xidmətlər yüksək peşəkarlığı ilə seçilən kadrlarla komplektləşdirilmiş, müasir informasiya texnologiyaları ilə təchiz edilmiş, onların maddi-texniki bazası və əməkdaşlarının sosial müdafiəsi gücləndirilmişdir.