:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

BNA yanğın baş verən prospektdə hərəkətlə bağlı sürücülərə müraciət etdi

Font

Martın 26-da Qara Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar prospektin Bəhruz Nuriyev küçəsi ilə kəsişmədən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət davam edir. Bu səbəbdən də həmin hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar bu gün də alternativ yollarla hərəkət edir.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Nəqliyyatı İntelektul İdarəetmə Mərkəzi tərəfindən Qara Qarayev prospektində ictimai nəqliyyatın, eləcə də digər nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülməkdədir.

Hadisə ərazisinə yaxın ətraf küçə və prospektlərdə nəqliyyatın hərəkətində sıxlığın yaranmaması üçün əhalidən həmin istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri tövsiyə edilir.

Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarından yaranmış vəziyyəti anlayışla qəbul etmələrini xahiş edir.