:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Sığorta şirkətindən “Diqlas”dakı yanğınla bağlı - AÇIQLAMA

Font

"Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı "AZSIĞORTA” şirkətinə bu günə qədər yeddi müraciət daxil olub.

Bu barədə "AZSIĞORTA” şirkəti Oxu.Az-ın sorğusuna cavabında məlumat verib.

Qeyd edilib ki, şirkət hazırda bu müraciətləri qeydə alaraq müvafiq araşdırmalar aparır.

"Bu günə olan məlumata görə "Diqlas” ticarət mərkəzi bizdə sığorta olunmayıb. Yalnız ona yaxın zərərçəkənlərdən şirkətimizə müraciət olub. "Sığorta fəaliyyəti haqqında” qanunun tələblərinə əsasən, digər məlumatlar sığorta sirri hesab edildiyi üçün hazırkı mərhələdə daha ətraflı məlumatın verilməsi mümkün deyil”, - deyə şirkətdən bildirilib.

Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki "Diqlas” ticarət mərkəzində güclü yanğın olub. Yanğın nəticəsində 12 nəfər xəsarət alıb və sahibkarlara milyonlarla manat ziyan dəyib.