:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ekspert: Rusiya qaz tariflərinin azaldılması məsələsində Ermənistana güzəştə getməyəcək

Font

Rusiya qaz tariflərinin azaldılması məsələsində Ermənistana güzəştə getməyəcək.

Bunu Trend-ə rusiyalı ekspert Aleksey Nejivoy deyib.

O bildirib ki, Ermənistanda baş vermiş məlum hadisələrdən sonra Rusiya yeni hökumətə müxtəlif ticarət alətləri vasitəsilə təzyiqlər göstərəcək:

"Bu cür siyasətin nəticəsi Ermənistan üçün kədərli ola bilər, çünki ölkə tam dəstəksiz qala bilər”.

Qeyd edək ki, 2018-ci ilin dekabrın 31-də "Qazprom-Ermənistan” şirkəti ölkədə təbii qaz qiymətlərinin artdığını elan etmişdi.

Rusiya ilə Ermənistan arasında aparılan danışıqların yekununda qazın min kubmetrinin əvvəlki 150 dollar əvəzinə 165 dollara satılması qərara alınıb.