:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

FHN: Ticarət mərkəzindəki yanğının yayılmasının qarşısı alınıb, 3 helikopter cəlb olunub

Font

Paytaxtda "Diqlas" ticarət mərkəzindəki yanğının yayılmasının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyi verdiyi məlumata görə, Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir.