:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Britaniya XİN rəhbərinin müavini "Brexit"ə görə istefa verib

Font


Böyük Britaniya xarici işlər nazirinin müavini Alister Bert hökumətin "Brexit" prosesinə nəzarət etmək səlahiyyətini parlamentə vermək niyyətinə qarşı səs vermək üçün istefa verib.
Bu barədə "Press Association"a istinadən "Reuters" məlumat yayıb.

Agentlikdən qeyd ediblər ki, səhiyyə nazirinin müavini Stiv Brayn da eyni niyyətlə öz postunu tərk edib.

Bu məsələ üzrə səsvermə parlamentin xeyrinə başa çatıb. İndi parlament bir həftə ərzində "Brexit"in necə həyata keçirilməli olduğunu müəyyən etməlidir.