:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İspaniya Kralı Argentinada bir saat təyyarədə qaldı

Font

İspaniya Kralı VI Felipe və kraliça Letisiya Argentinaya səfər zamanı bir saata yaxın təyyarədən çıxa bilməyiblər.

Buna Buenos-Ayres hava limanında müvafiq hündürlükdə təyyarə trapının tapılmaması səbəb olub.

Qeyd olunur ki, Kralın olduğu "Airbus” təyyarəsi üçün gətirilən trapın hündürlüyü hava gəmisinin qapısına çatmayıb.

Münasib trapın tapılması bir saata yaxın vaxt aparıb.