:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İsrailin Baş naziri ABŞ-a səfərini yarıda dayandırıb

Font

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağından açılan atəşlə əlaqədar ABŞ-a səfərini yarımçıq saxlayıb.

"The Jerusalem Post” xəbər verir ki, bunu hökumət başçısı özü bildirib.

"Təhlükəsizlik sahəsində baş verən hadisələrə görə ABŞ-a səfərimi yarımçıq saxlamaq qərarına gəldim. Bir neçə saatdan sonra ABŞ Prezidenti Donald Trampla görüşdükdən sonra təcili olaraq İsrailə qayıdacağam və hökumətin işinə yerində rəhbərlik edəcəm”, - B.Netanyahu vurğulayıb.

O, açılan atəşə cavab verəcəklərinin də əlavə edib.

İsrailin hökuməti başçısının ABŞ-a səfəri martın 27-dək davam edəcəkdi.

Xatırladaq ki, martın 25-də səhər saatlarında Fələstinin Qəzza zolağından İsrail istiqamətində atılan raket yaşayış evlərindən birinin üzərinə düşüb. Nəticədə 6 nəfər yaralanıb.