:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Qarabağ atlarının tarixi şöhrəti qaytarılır - Qiyməti 50 min AZN-VİDEO

Font

Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü Qarabağda atçılıq təsərrüfatına da ağır zərbə vurub.

1993-cü ildə Ağdamın ermənilər tərəfindən işğalı zamanı Qarabağ Atçılıq Təsərrüfatı da ermənilərin işğalına məruz qalıb. Ancaq rayonun işğalından bir neçə gün əvvəl Qarabağ atlarının ermənilər tərəfindən özününküləşdirilməsinə yol verməmək məqsədilə atları döyüş bölgəsindən çıxarılaraq əvvəlcə rayonun Üçoğlan kəndindəki quşçuluq fermasına, sonra Yevlax rayonundakı "Aran" damazlıq qoyunçuluq təsərrüfatının ərazisinə, daha sonra Bakı Dövlət Cıdır Meydanına aparılıb. 1994-cü ildə isə Ağcabədi rayonunun Xamtorpaq ərazisinə köçürülüb.

Çətinliklərə baxmayaraq, Qarabağ atlarını bu günədək qoruyub saxlamaq mümkün olub.

Prezident İlham Əliyevin sərəncamına əsasən Ağcabədi rayonunun inzibati ərazisində Ağdam rayonuna təhkim edilmiş 200 başlıq Qarabağ Atçılıq Kompleksi tikilib.

Qarabağ cinsli atların satış qiymətləri isə göstəricilərinə əsasən 2500 -50 min manat arasında dəyişir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: