:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

AVRO-2020-nin seçmə mərhələsinin oyunlarının nəticələri- VİDEO

Font

Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsində daha 3 qrupda II turun oyunlarına yekun vurulub.

C qrupunda Hollandiya yığması Almaniyanı qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bundestim ilk yarını 2:0 hesabı ilə öndə tamamlasa da, fasilədən sonra "narıncılar" hesabı bərabərləşdiriblər. Lakin 90-cı dəqiqədə Almaniya millisindən Niko Şults qələbə topunu vurub. Qrupun digər oyununda Şimali İrlandiya yığması da Belarus üzərində qələbəni son dəqiqələrdə əldə edib. Bu, britaniyalıların qrupda ardıcıl ikinci qələbəsi olub.

G qrupunda İsrail Avstriyanı 4:2 hesabı ilə yenib. Qalib komandadan Eran Zahavi "het-trik", qonaqlardan isə Marko Arnautoviç "dubl" edib. Polşa yığması azərbaycanlı referi Əliyar Ağayevin idarə etdiyi görüşdə Latviyaya qalib gəlib - 2:0. Sloveniya - Macarıstan matçında isə qalib müəyyənləşməyib - 1:1.

I qrupunda isə Rusiya səfərdə Qazaxıstana 4:0 hesabı ilə qalib gəlib. Bununla da meydan sahiblərinin ilk turda Şotlandiya üzərində 3:0 hesablı qələbəsindən sonra yeni sensasiyanın gerçəkləşməsinə imkan verilməyib. Qollardan 2-ni isə Denis Çerışev vurub.

Şotlandiyanın özü isə bu dəfə səfərdə San-Marinoya qalib gəlməyi bacarıb - 2:0. Belçika isə səfərdə Kipri eyni hesabla yenərək, 6 xalla qrup lideri olub.

Qeyd edək ki, E qrupunun oyunlarında Uels Slovakiyaya 1:0, Macarıstan Xorvatiyaya 2:1 hesabı ilə qalib gəlib. Beləliklə, bu komandaların hamısı eyni miqdarda - 3 xal toplayıb. Yalnız Azərbaycan millisi xalsızdır.

AVRO-2020, seçmə mərhələ,II tur, (24 mart)

C qrupu

 Şimali İrlandiya - Belarus - 2:1

Qollar: Conni Evans, 30. Coş Magennis, 87 - İqor Staseviç, 33

 Hollandiya - Almaniya - 2:3

Qollar: Matteys De Liqt, 48; Memfis Depay, 63 - Leroy Sane, 15. Serj Qnabri, 34. Niko Şults, 90

Xal durumu: Şimali İrlandiya - 6, Almaniya - 3, Hollandiya - 3, Estoniya - 0, Belarus - 0.

E qrupu

Uels - Slovakiya - 1:0

Qol: Daniel Ceyms, 5

Macarıstan - Xorvatiya - 2:1

Qollar: Adam Salai, 34. Mate Patkai, 76 - Ante Rebiç, 13

Xal durumu: Slovakiya - 3, Uels - 3, Macarıstan - 3, Xorvatiya - 3, Azərbaycan - 0.

G qrupu

 İsrail - Avstriya - 4:2

Qollar: Eran Zahavi, 34; 45; 55. Munas Dabbur, 66 - Marko Arnautoviç, 8; 75

 Sloveniya - Makedoniya - 1:1

Qollar: Miha Zayts, 34 - Enis Bardi, 47

 Polşa - Latviya - 2:0

Qollar: Robert Levandovski, 76. Kamil Qlik, 84

Xal durumu: Polşa - 6, İsrail - 4, Makedoniya - 4, Sloveniya - 2, Avstriya - 0, Latviya - 0.

I qrupu

Qazaxıstan - Rusiya - 0:4

Qollar: Denis Çerışev, 19; 45+2. Artyom Dzyuba, 52. Abzal Beysebekov, 62 (öz qapısına)

 San-Marino - Şotlandiya - 0:2

Qollar: Kenni Maklin, 4; Conni Rassell, 74

Kipr - Belçika - 0:2

Qollar: Eden Azar, 10. Mişi Batşuayi, 18

Xal durumu: Belçika - 6, Rusiya - 3, Qazaxıstan - 3, Kipr - 3, Şotlandiya - 3, San-Marino - 0.