:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

KİV: Nazirlər Kabineti Meyin istefaya göndərmək niyyətindədir

Font

İngiltərə Nazirlər Kabinetinin üzvləri hökumət başçısı Tereza Meyin istefasına nail olmaq və namizədliyi hazırda müzakirə edilən müvəqqəti baş nazirin təyin edilməsini reallaşdırmaq niyyətindədirlər.

TASS xəbər verir ki, bu barədə şənbə günü öz "Twitter" səhifəsində "The Sunday Times" qəzetinin icmalçısı Tim Şipmen yazıb.

"Bu gün mən Kabinetin 11 üzvü ilə danışdım, onlar baş nazirin istefa verməsini istəyirlər. Onlar bazar ertəsi Nazirlər Kabinetinin iclasında baş nazirə qarşı çıxış etmək niyyətindədirlər."Sui-qəsdçilər" qarşısında "Brexit"i həyata keçirmək vəzifəsi duran müvəqqəti lider təyin etmək istəyirlər", - deyə o bildirib.

Şipmenin sözlərinə görə, hazırda favorit Nazirlər Kabineti Katibliyinin rəhbəri və hökumət başçısının faktiki müavini Devid Lidinqtondur. Lakin xarici işlər naziri Ceremi Hant və ətraf mühit, ərzaq və kənd təsərrüfatı inkişafı naziri Maykl Qouv da müvəqqəti baş nazir rolunu icra edə bilər.

"The Mail on Sunday" qəzeti məhz Qouvun onların içində daha çox dəstəyə malik olduğunu yazır.