:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

BTQ üçün alınan sərnişin qatarı Türkiyəyə çatdırılıb

Font

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttində Bakı-Ankara-Bakı reysi üzrə hərəkət edəcək 10 vaqondan ibarət sərnişin qatarı Türkiyəyə çatıb. "Kars Manşet” nəşri verdiyi xəbərə görə, İsveçrənin "Stadler” şirkətinə məxsus qatarlar 6 gün ərzində Türkiyəyə çatdırılıb.

Bakı-Ankara reysi üzrə gecə səfərləri edəcək qatarda 9 yataqlı vaqon və 1 yemək vaqonu olacaq.

Lokomotiv vasitəsi ilə hərəkət etdirilərək gətirilən vaqonlar Azərbaycana yola salınacaq.

Qeyd edək ki, BTQ üzrə Bakı-Ankara-Bakı reysi 2019-cü ilin sonunda fəaliyyətə başlayacaq.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ildən yük daşımaları həyata keçirməyə başlayıb.