:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Neftçilər prospektinə alternativ avtomobil tunelinin yeni üsulla inşası təklif olunur

Font

Bakı şəhərində keçirilən Dövlət və Beynəlxalq tədbirlər zamanı , nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı Neftçilər prospektinə alternativ olaraq, Səbail rayonu Bayıl dairəsinə yaxın ərazidən, Yasamal rayonu Badamdar dairəsinə yaxın əraziyə nəqliyyat vasitələrinin hərəkətini, gediş-gəlişini təmin etmək məqsədi ilə " 36 Nömrəli Tunel ” layihəsi təklif olunur.

Tunelin inşası TBM - Tunel Qazma Maşını vasitəsi ilə inşa edilməsi təklif olunur.

Sizlərə təqdim etmək üçün 1:100 nisbətində TBM - Tunel Qazma Maşınının maketi , layihə müəllifi Cəfərov Hikmət Arif oğlu tərəfinnən hazırladılıb. TBM haqda @tunel36 İnstagram səhifəsində video və səkillər yerləşdirilib.

TBM ilə London , Barselona və sair bir çox şəhərlərdə həm metro , həm də avtomobil tunelləri inşa edilib. Layihə hazırlanan vaxt xarici ölkələrdə istismarda olan , TBM ilə inşa edilmiş həm avtomobil , həm də metro tunellərinin göstəricilərinə istinad edilib.

" 36 Nömrəli Tunel ” - in yolun uzunluğu 1.80 km - dir. Tunelin hər iki girişinin dəniz səviyyəsi hündürlüyü ölçülüb, yolun əyilmə faizi 5% - dir.

Avtomobil tunelinin idarəetmə binası, Yol boyunca müasir işıqlandırma sistemi, Yol boyunca müasir havalandırma sistemi, Yanğın söndürmə avadanlıqları, Müşahidə Kameraları, İdarəetmə binası ilə əlaqə qurmaq üçün telefonlar, Evakuasiya çıxışları və mərtəbələr arası keçidlər üçün pilləkənlər,

Yol boyunca 500 metrdən bir, qəzalı və ya nasaz olan nəqliyyat vasitələrinin dayanması üçün ciblər, Yol boyunca elektron lövhələr, Avtomobil tunelini tam enerji ilə təmin edəcək Elektrik generatoru,

Yeraltı suların (qrund və laylararası suların) yığılması üçün hovuzlar, Çirkab su xətləri, Hovuzlardakı suların, çirkab su xətlərinə yönəldən su mühərrikləri və sair xırdalıqlar, layihədə qeyd olunub.

TBM ilə gün ərzində 8 m, 10 m tunel inşa etmək mümkündür.

Tunelin qazılması vaxtı inşaat qaydalarına əməl olunduğu halda, tunelin keçəcəyi ərazinin üzərində yerləşən daşınmaz əmlaka zərər yetirmə faizi beynəlxalq təcrübədə sıfıra bərabərdir.

Diametri 14 m olan TBM ilə bir tunel , iki mərtəbəli yol və hər yol iki zolağdan ibarət olmaqla inşa edilə bilər.

Diametri 9 m olan TBM ilə iki parelel tunel və hər tunel bir yol , iki zolağlı olmaqla inşa edilə bilər.

Tunelin hər iki giriş və çıxışında nəqliyyat vasitələrinin hərəkət istiqamətləri layihədə təqdim olunur.

Layihə müəllifi Cəfərov Hikmət Arif oğlu qeyd edir ki şəxsi səlahiyətləri və imkanları daxilində layihəni bu səviyyəyə qədər çatdırıb. Bundan sonrası üçün Dövlət dəstəyinə ehtiyac var.

Ölkə Başçısının izni olarsa, tunelin keçəcəyi ərazinin, əlaqəli dövlət qürumları və TBM - Tunel Qazma Maşını vasitəsi ilə tunel inşa etmiş xarici ixtisaslaşmış şirkətlərin mütəxəssisləri və Azərbaycan, Norveç, Avstriya geoloqlarının birgə qrup şəklində araşdırmasına ehtiyac var.

Tunelin keçəcəyi dağın hündürlüyü 130 m - dir və hamısı torpaqdan ibarət deyil. Nəzərə alsaq ki, üzərində 2 m , 3 m bünövrə qazılır və qaya üzərində daşınmaz əmlak inşa edilir.

Ona görə tunelin keçəcəyi ərazinin kənarlarında olan torpaq sürüşməsi , layihəni icra etməyə mane deyil. Vacib olan tunelin keçəcəyi ərazinin Azərbaycan , Norveç , Avstriya geoloqlarının yəni yuxarıda qeyd olunan qrupun birgə araşdırmasıdır.

" 36 Nömrəli Tunel ” layihəsi Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə qeydiyyata təqdim olunub.