:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Böyük Britaniya Xarici İşlər Nazirliyi: “Prezident İlham Əliyevin əfv sərəncamını alqışlayırıq”

Font

Böyük Britaniya Xarici İşlər Nazirliyinin sözcüsü Azərbaycan prezidenti İlham Əliyevin Novruz bayramı ilə əlaqədar 400-dən çox məhbusu əfv etməsini alqışlayıb.

Xarici İşlər Nazirliyinin sözcüsü deyib ki, bu, müsbət və təşviq edici bir addımdır, gələcəkdə də belə addımların atılmasını gözləyirlər.

Açıqlamada qeyd edilib ki, Azərbaycan insan haqları və demokratiya mövzusunda əlavə tədbirlər görməyi və özünün beynəlxalq öhdəliklərini yerinə yetirməyi nəzərdə tutur: "Bu baxımdan Böyük Britaniya Azərbaycanla əməkdaşlığa davam edəcək”.(ona)