:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Mey "Brexit"in vaxtının dəyişdirildiyini təsdiq edib

Font

Baş nazir Tereza Mey Britaniyanın martın 29-da Avropa İttifaqını (Aİ) tərk etməyəcəyini təsdiq edib.

"Reuters" verdiyi xəbərə görə, Mey əlavə edib ki, o, parlamentdən "Brexit"in cari ilin 30 iyun tarixindən daha sonrakı vaxta uzatmağı xahiş etmək niyyətində deyil.

Mey həmçinin qeyd edib ki, "Brexit" üzrə ikinci referendumun keçirilməsini istəməzdi.

Baş nazir parlamentin onun "Brexit"lə bağlı Aİ ilə razılaşdırdığı sazişi dəstəkləyəcəyinə "dəlicəsinə ümid etdiyini" bildirib.