:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ PUA-sı Əfqanıstanda qəzaya uğrayıb

Font

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Əfqanıstanın Parvan bölgəsinin Baqram rayonuna düşüb.

"Hurriyet” xəbər verir ki, məlumatı ABŞ-ın Əfqanıstandakı qoşunlarının mətbuat xidməti yayıb.

PUA NATO-nun Baqram rayonunda yerləşən Hərbi-Hava Qüvvələrinin yaxınlığında boş əraziyə düşüb.

Aparatın texniki nasazlıq səbəbindən düşdüyü bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Düşən PUA-nın modeli barədə məlumat açıqlanmayıb.