:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ÇL-də 1/4 və yarımfinalın püşkü atıldı: "Barselona" - "Mançester Yunayted"...

Font

İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasında mövsümün sonuncu püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, püşkatmanın nəticəsinə əsasən 1/4 və yarımfinal mərhələsinin cütlükləri müəyyənləşib.

Bu mərhələdən etibarən eyni ölkəni təmsil edən ölkələrin təmsilçiləri də bir-biri ilə qarşılaşa biləcəklər.

Püşkün nəticəsi:

1/4 final

"Ayaks" (Niderland) - "Yuventus" (İtaliya)
"Liverpul" (İngiltərə) - "Portu" (Portuqaliya)
"Tottenhem" (İngiltərə) - "Mançester Siti" (İngiltərə)
"Barselona" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

1/2 finalda isə "Tottenhem" - "Mançester Siti" qarşılaşmasının qalibi "Ayaks" - "Yuventus" cütünün güclüsü, "Barselona" - "Mançester Yunayted" matçında qalib gələn komanda "Liverpul" - "Portu" cütünün güclüsü ilə üz-üzə gələcək.

1/4 final mərhələsinin ilk oyunları aprelin 9-10-u, cavab qarşılaşmaları 16-17-də keçiriləcək. Yarımfinal qarşılaşmaları isə 30 aprel-1 may, cavab matçları 7-8 may tarixlərində baş tutacaq.

İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 1/4 final və yarımfinal mərhələsinin də püşkü atılıb.

Püşkün nəticəsinə əsasən 1/4 finala vəsiqə qazanan komandalar həm bu mərhələdə, həm də yarımfinalda rəqiblərini tanıyıblar.

Püşkün nəticəsi:

1/4 final

"Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə)
"Vilyarreal" (İspaniya) - "Valensiya" (İspaniya)
"Benfika" (Portuqaliya) - "Ayntraxt" (Almaniya)
"Slaviya" (Çexiya) - "Çelsi" (İngiltərə)

1/2 final

"Napoli" - "Arsenal" – "Vilyarreal" - "Valensiya"
"Benfika" - "Ayntraxt" – "Slaviya" - "Çelsi"

1/4 final mərhələsinin oyunları 11-18 aprel, yarımfinalın görüşləri isə 2-9 may tarixlərində keçiriləcək.